Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:14

Problemli kreditlər ilə bağlı yeni xidmət


Dollar

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı işlərin icrası çərçivəsində elektron portal hazırlayıb.

Vətəndaşlar həmin portala daxil olaraq ona hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditlər barədə detallı məlumat almalıdırlar.

Bu il fevralın 28-də prezident İlham Əliyev banklara 10 min dollara qədər borcu olan fiziki şəxslərə güzəşt edilməsi ilə bağlı fərman verib. Sənədə görə, vətəndaşa devalvasiyalar nəticəsində dəyən ziyanın böyük bir hissəsi dövlət hesabına ödənməlidir.

2015-ci ildə Azərbaycanda iki dəfə (fevral və dekabr) devalvasiya baş verib. Birinci devalvasiyada 1 dollar 78 qəpikdən 1 manat 5 qəpiyə yüksəlib. İkinci devalvasiyadan sonra isə 1 dollar 1 manat 55 qəpiyə bərabər olub. Bunun ardınca 1 dollar 1 manat 90 qəpiyə qədər bahalaşsa da, sonradan 1 manat 70 qəpik civarında dəyişməz qalıb.

Həmin devalvasiyalardan sonra xarici valyutada götürülən kreditlərin qaytarılmasında çətinlik yaşanıb. Hazırda ölkədə problemli kreditlərin ümumilikdə 1.6 milyard manata yaxın olduğu açıqlanıb.

Multimedia

XS
SM
MD
LG