Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:31

Gürcü çoban ömürlük həbsə məhkum edildi


Malkhaz Kobauri

Gürcüstan məhkəməsi Malkhaz Kobauri-ni ötən ilin iyulunda amerikan əsilli gürcüstanlı cütlüyü və onların dördyaşlı oğlunu qətlə yetirməkdə təqsirli bilərək ömürlük həbsə məhkum edib.

Qori Şəhər Məhkəməsi Malkhaz Kobauri-yə martın 27-də hökm çıxarıb, iki gün öncə jüri onu 43 yaşlı Laura Smith-i zorlamaqda və qətlə yetirməkdə, 44 yaşlı Ryan Smith və onların oğlu Caleb-i öldürməkdə təqsirli bilib.

Kobauri-nin vəkili hökmdən apellyasiya şikayəti verəcəklərini deyib.

O, qətl baş verən zaman 19 yaşı olan çobanın mühakiməsində prosedur pozuntularının baş verdiyini deyib.

Əslən ABŞ-dan olan Smith ailəsinin Gürcüstan vətəndaşlığı vardı, onlar altı il idi Marneulidə yaşayırdılar. İyulun əvvəlində ailə itkin düşüb. Bir neçə gündən sonra onların cəsədi tapılıb.

Laura Smith Marneulidə məktəbdə ingilis dili müəlliməsi işləyib.

Kaliforniya doğumlu Ryan Smith isə 2002-2005-ci illərdə Azərbaycanda yaşayıb.

XS
SM
MD
LG