Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:12

İstanbulda daha bir casusluq işi başlanır


İstanbuldakı ABŞ konsulluğu

ABŞ-ın İstanbuldakı konsulluğunun türkiyəli işçisi casusluq və Türkiyə hökumətini devirməyə cəhd ittihamıyla İstanbulda məhkəmə qarşısına çıxarılıb.

Konsulluqda tərcüməçi və əlaqələndirici vəzifəsində çalışan Metin Topuzun məhkəməsi İstanbulda martın 26-da başlanıb.

59 yaşlı Topuz 2017-ci ilin oktyabrından saxlanıb. O, ABŞ-da yaşayan vaiz Fethullah Gulen-lə əlaqələrdə ittiham olunur.

Ankara Guleni 2016-cı il çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gulen ittihamı rədd edir.

İttihamlar sübuta yetirilsə, Topuz ömürlük həbsə məhkum edilə bilər.

Topuzun saxlanmasından sonra 2017-ci ildə ikitərəfli viza xidmətləri iki aylığa dayandırıldı.

XS
SM
MD
LG