Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:37

Azərbaycanın şərqində yağış gözlənir


Yağış

Martın 27-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyinin əsəcəyi, axşam onun şimal-qərb küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 4-6, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında isə bir elə yağıntı gözlənmir. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə 2-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG