Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:58

Kemerovo faciəsinin ildönümüdür


Qurbanların xatirəsi anılır
Qurbanların xatirəsi anılır

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində bir il öncə baş vermiş yanğın qurbanlarının xatirəsi anılır. Yanğında 37-si uşaq olmaqla 60 nəfər həlak olmuşdu.

Ötən il martın 25-də Zimnyaya Vishnya (Qış albalısı) mərkəzindəki yanğında həlak olanların xatirəsinə düzəldilmiş memoriala şəhər sakinləri gül-çiçək, oyuncaqlar, digər hədiyyələr düzüblər.

Könüllülər havaya 60 ağ şar buraxmağı planlaşdırır.

Bu, 1991-ci ildə sovet dağılandan Rusiyada ən ağır faciələrdən sayılır.

SƏBƏBLƏR

Sözügedən yanğın səhlənkarlıq, korrupsiya, yarıtmaz infrastruktur səbəbindən baş verən faciələrdən yalnız biri idi.

Şəhər sakinləri, qurbanların qohumları və ölkəboyunca rusiyalılar ölü sayının yüksək olmasına görə korrupsiya və hökumətin səhlənkarlığını suçlayıb.

Yanğından bir neçə gün sonra təhqiqatçılar bildirdilər ki, yanğın çıxışlarının qapalı olması, həyəcan sisteminin söndürülməsi, təhlükəsizlik qaydalarının pozulması yanğın nəticəsində daha çox adamın ölümünə səbəb olub.

Hadisəylə bağlı 15 nəfərə ittiham irəli sürülüb. İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko martın 25-də deyib ki, yeddi şübhəli barədə təhqiqat tamamlanıb və yekun ittihamların müəyyənləşdirilməsi üçün işlər prokurorluğa göndərilib.

Petrenko onu da deyib ki, Zimnyaya Vishnya-nın sahiblərindən biri, Vyacheslav Vishnevsky Polşada saxlanıb və ekstradisiya məsələsinə baxılır.

Vishnevsky mərkəz 2013-14-cü illərdə bərpa olunarkən tikinti standartlarının və yanğın təhlükəsizliyi qaydalarının pozulmasını gözardı etməkdən ötrü yerli rəsmilərə rüşvət verməkdə şübhəli bilinir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG