Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:50

İnternetin kəsilməsinə görə FSB və DİN-i məhkəməyə verib


İnquşetiyada etirazlar, noyabr, 2018-ci il
İnquşetiyada etirazlar, noyabr, 2018-ci il

İnquşetiya sakini Murad Khazbiev oktyabrda Çeçenistanda sərhədlərin dəyişdirilməsinə etirazlara qatılıb. O, həmin günlərdə internetin kəsilməsinə görə Federal Təhlükəsizlik Xidmətini (FSB) və Daxili İşlər Nazirliyini (DİN) Maqas rayon məhkəməsinə verib. Bu haqda “Vedomosti” məhkəmə iddiasının surəti və “Agora” beynəlxalq hüquq müdafiə təşkilatının vəkili Andery Sabinin-ə istinadla xəbər verir.

Maqas və İnquşetiyanın digər şəhərlərində etirazlar zamanı internetin və mobil xidmətin kəsilməsindən aksiya iştirakçılarının çoxu şikayətlənirdi. Ümumilikdə Roskomnadzora 400-dən artıq şikayət verilib.

MOBİL İNTERNET AZI İKİ HƏFTƏ KƏSİLİB

İlkin olaraq, mobil operatorlar şikayətlərə reaksiya vermirdilər, sonra kəsintiləri texniki problemlərlə izah etdilər. Sonucda isə boyunlarına aldılar ki, hüquq-mühafizə orqanlarının sorğusuna əsasən İnquşetiyada mobil interneti azı iki həftəliyə kəsiblər. Amma belə bir sorğuyla hansı güc strukturları müraciət edib, Roskomnadzor bunu açıqlamayıb.

Rusiya Konstitusiya Məhkəməsi ikitərəfli razılaşmanı təsdiqləyir
Rusiya Konstitusiya Məhkəməsi ikitərəfli razılaşmanı təsdiqləyir

Khazbiev tələb edir ki, DİN və FSB-nin hərəkəti qanunsuz hesab olunsun.

Ötən il iyunun 8-də, oktyabrın 4-17-də və noyabrın 27-də və bu il martın 16-da İnquşetiya sakinlərinin interneti olmayıb. İddiada qeyd olunur ki, internet respublikada dinc aksiyaların keçirildiyi vaxtda kəsilib.

«Bu tədbirlərin iştirakçısıyam və tənqidi fikirləri, etirazçıların şüarlarını tamamilə bölüşürəm. Amma fikirlərimi sosial şəbəkələrdə açıq şəkildə bildirmək imkanım olmayıb, çünki mobil internetdə məhdudiyyətlə üzləşmişəm», – İnquşetiya sakininin məhkəmə iddiasında deyilir.

İddiada üçüncü tərəf kimi Roskomnadzor və Megafon göstərilib, çünki Khazbiev bu operatordan istifadə edir.

Ötən ilin sentyabrında Çeçenistan və İnquşetiya rəhbərləri regionlar arasındakı inzibati sərhədlər və qeyri-yaşayış ərazilərinin mübadiləsi üzrə razılaşma əldə ediblər. Ancaq bu razılaşma İnquşetiyada böyük etirazlar yaradıb, sakinlər deyirdilər ki, qonşu respublikaya torpaq verilməsi məsələsi ümumxalq referendumuna çıxarılmalıdır.

Etirazlara baxmayaraq, Rusiya Konstitusiya məhkəməsi bu razılaşmanı təsdiqlədi, İnquşetiya parlamentinin deputatları isə onu tezliklə ratifikasiya etdilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG