Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Aprel, bazar, Bakı vaxtı 02:45

Netanyahu Vaşinqtonda Trump-la görüşəcək


Benjamin Netanyahu (sağda) və Donald Trump, arxiv fotosu

Martın 25-də İsrailin Baş naziri Benjamin Netanyahu Ağ evdə Prezident Donald Trump-la görüşəcək. Trump bu günlərdə elan etdi ki, Vaşinqton İsrailin Qolan təpələri üzərində suverenliyini tanımalıdır. Tərəflərin bu məsələni də müzakirə edəcəyi gözlənir.

Trump martın 21-də tvitində yazıb ki, Birləşmiş Ştatların İsrailin 1967-ci ildə Suriyadan ələ keçirdiyi region üzərində suverenliyini “tamamilə” tanımasının vaxtı çatıb. Belə bir qərar ABŞ-ın uzunmüddətli siyasətinin və beynəlxalq konsensusun pozulması demək olar.

Netanyahu bu sözlərdən sonra Trump-a təşəkkür edib.

“İran Suriyadan İsraili dağıtmaq üçün platforma kimi istifadə etməyə çalışdığı bir dönəmdə Prezident Trump İsrailin Qolan təpələri üzərində suverenliyini cəsarətlə tanıyır”, – Netanyahu yazır. O, İranın regiondan İsraili hədəfləyən hücumlar üçün məkan kimi istifadə etdiyini deyir.

Türkiyə, İran və Suriya Trump-ın bəyanatını pisləyib, Rusiya isə ümidvar olduğunu deyib ki, Trump-ın dedikləri “sadəcə çağırış” kimi qalacaq.

İsrail 1967-ci ildə altıgünlük müharibə zamanı sahəsi 1800 kvadrat kilometr olan Qolan təpələrini ələ keçirib.

1981-ci ildə İsrail qanunlarını bu regiona aid edərək onu ilhaq edib, amma beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.

Təxminən bir ay sonra İsraildə parlament seçkisi keçiriləcək. Netanyahunun əsas rəqibi keçmiş ordu rəhbəri, mərkəzçi partiya lideri Benny Gantz-dır.

Netanyahu martın 25-də bildirib ki, Təl Əviv yaxınlığına raket zərbəsinə görə Birləşmiş Ştatlara səfərini qısaldacaq. O, Trump-la görüşdən dərhal sonra geri qayıdacağını söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG