Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 00:02

Çində kimya zavodunda partlayışda 47 nəfər ölüb


Hadisə yeri

Çinin şərqində kimya zavodunda partlayışda 47 nəfər ölüb, 600-dən çox adam xəsarət alıb. Məlumatı “Reuters” dövlət mediasına istinadla verir.

Yanğının bu gecə 3-də söndürüldüyü bildirilir.

Hadisədən salamat çıxanlar 16 xəstəxanaya yerləşdirilib, 640 nəfər aldığı yaralardan müalicə olunur. Onlardan 32-nin durumunun ağır olduğu qeyd olunur.

Zavoddakı yanğın qonşu zavodlara da keçib. Media yaxınlıqdakı uşaq bağçasında uşaqların xəsarət aldığını yazır.

Partlayışın baş vermə səbəbləri araşdırılır. “China Daily” qəzeti yazır ki, zavodu işlədən şirkət daha əvvəllər də əmək təhlükəsizliyi qaydalarına pozmağa görə cərimələnib.

Günün bütün mövzuları

XS
SM
MD
LG