Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 23:14

Azərbaycan Xorvatiyaya məğlub oldu


Futbol

Martın 21-də futbol üzrə Avropa çempionatının seçmə mərhələsinə start verilib.

Azərbaycan millisi səfərdə Xorvatiya yığması ilə qarşılaşıb. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayıb.

Zaqreb şəhərindəki 35 min azarkeş tutumuna malik «Maksimir» stadionunda təşkil olunan oyun, əslində, qonaqlardan ötrü pis başlamayıb. Elə ilk qolu da Azərbaycan vurub. Lakin birinci hissənin başa çatmasına bir dəqiqə qalmış ev sahibləri hesabda tarazlığı bərpa ediblər. Xorvatiya yığması ikinci hissədə daha bir qol vurub-2:1.

Bu görüş Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviçdən ötrü əlamətdar olub. Xorvatiyadan olan mütəxəssis öz ölkəsində Azərbaycan millisinin baş məşqçisi kimi debüt edib.

Avro 2020-nin seçmə mərhələsində Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birgə E qrupunda yer alıb.

Multimedia

XS
SM
MD
LG