Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 08:48

Tretyakovskda çılpaq gəzdi


Tretyakovsk qalereyası qarşısında polis əməkdaşları
Tretyakovsk qalereyası qarşısında polis əməkdaşları

Rusiya Milli Qvardiyası yarıçılpaq ziyarətçinin Tretyakovsk qalereyasının zallarında gəzməsi insidenti üçün məsuliyyət daşımır. O, muzeyin qvardiyaçılar olmayan zallarını gəzib. AzadlıqRadiosu-nun rus xidmətinin məlumatına görə, bunu xidmətin rəsmisi Valery Gribakin deyib.

Bu günlərdə rəssam Mikhail Vrubelin əsərləri sərgilənən zalda ziyarətçilərdən biri soyunaq bircə alt tumanında bir neçə zalı gəzib. Onun bədənində müxtəlif döymələr olub. Bu arada başqa bir ziyarətçi muzeydə “incəsənət əsəri adlandırılan bir neçə xırda əşya qoyub”, – qalereyanın mətbuat xidməti bildirib.

Arkhip Kuindzhi-nin yanvarda oğurlanmış əsəri qalereyaya qaytarılır
Arkhip Kuindzhi-nin yanvarda oğurlanmış əsəri qalereyaya qaytarılır

Muzey əməkdaşları polis çağırsalar da, çılpaq ziyarətçisi saxlamaq mümkün olmayıb. TASS polisin hazırda aksiya iştirakçılarını axtardığını bildirir.

Qalereyanın özü muzeydə alt paltarında ziyarətçinin peyda olmasını “müasir rəssamların icazəsiz performansı” adlandırıb. Muzeydən bildiriblər ki, eksponatlara və digər ziyarətçiləri təhdid yaranmayıb.

Fevralın 18-də Tretyakovsk qalereyası Rosqvardiya ilə bir milyon rublluq əlavə mühafizə kontraktı imzalayıb. Bu, rəssam İlya Repinin gözlənən sərgisilə bağlıdır. Amma mühafizənin necə gücləndiriləcəyi açıqlanmır.

Bu qərar yanvarın 27-də Arkhip Kuindzhi-nin “Ai Petri. Krım” əsəri oğurlanandan sonra çıxarılıb. Əsəri oöğrlayan saxlanıb. Mayın 25-də İlya Repinin “İvan Qroznı və oğlu İvan” əsərini zədələyən şəxs də saxlanmışdı.

XS
SM
MD
LG