Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Aprel, Bazar ertəsi, Bakı vaxtı 21:56

Rohani siyasi çəkişmələri dayandırmağa çağırır


Hassan Rohani

İran prezidenti ölkədə siyasi fraksiyalar arasındakı daxili çəkişmələri dayandırmağa, xarici düşmənlərə qarşı birləşməyə çağırıb.

Hassan Rohani martın 21-də Novruz bayramı münasibətilə dövlət televiziyası ilə çıxış edib.

O, hazırda ölkədəki sərt xətt tərəfdarlarının təzyiqi altındadır. Belə ki, ötən il ABŞ Prezidenti Donald Trump 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb, Tehrana sanksiyaların bərpa olunduğunu bildirib.

Rohani həmin sazişi dəstəkləyirdi, amma İrandakı bəzi fraksiyalar ona qarşı idi.

İran lideri özünün idarəçiliyini müdafiə edib, iqtisadi problemləri ABŞ sanksiyalarına bağlayıb.

Ali dini lider Ayətulla Ali Khamenei isə Novruz çıxışında deyib ki, ölkə “misli görünməmiş, güclü ABŞ sanksiyaları”na uğurla dirəniş göstərib. O, hökuməti iqtisadiyyata yardım etmək üçün sənaye hasilatını gücləndirməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG