Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Aprel, Bazar ertəsi, Bakı vaxtı 22:34

Yeni Zelandiyada hücum silahları yasaqlanır


Jacinda Ardern

Yeni Zelandiyanın baş naziri deyir ki, yeni qanunlar hərbi tipli hücum silahlarını və yarımavtomat tüfəngləri qadağan edəcək.

Jacinda Ardern bunu martın 21-də deyib. Altı gün öncə isə Kraystçerç şəhərində iki məscidə hücum zamanı 50 nəfər öldürülüb.

Ardern yeni qadağanın aprelin 11-dən qüvvəyə minəcəyini, hökumətin belə silahların geri satın alınması üçün proqram gerçəkləşdirəcəyini sözlərinə əlavə edib.

Martın 15-də silahlı iki məscidə girərək atəş açmağa başlayıb. Hücumu gerçəkləşdirən avstraliyalı onu Facebook-da canlı yayımlayıb. O, həbs olunub və çoxsaylı ittihamlarla üzləşib.

Ardern deyib ki, həmin şəxs silahları qanuni yolla əldə edib və gücünü “asanlıqla internetdən aldığı” sandıqla artırıb.

Martın 22-də Kraystçerçdə hadisə qurbanlarının böyük izdihamla anılacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG