Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:16

Xoşbəxtliyə görə neçənci yerdəyik


Azərbaycanlı cütlük
Azərbaycanlı cütlük

“Dünya Xoşbəxtlik Hesabatı 2019” açıqlanıb. 156 ölkənin vətəndaşlarını özlərini nə dərəcədə xoşbəxt sayması öyrənilib. Builki hesabat xoşbəxtlik və icmaya fokuslanır: son on illər ərzində xoşbəxtliyin təkamülünə, texnologiyalar, sosial normalar, münaqişələr, bu dəyişikliklərə təkan vermiş hökumət siyasətinə diqqət ayrılıb.

Ötən il olduğu kimi, bu ildə Finlandiya dünyanın ən xoşbəxt ölkəsi hesab olunub. Bu, Gallup sorğu mərkəzinin 2016-2018-ci illərdə keçirdiyi üç sorğuya əsasən müəyyənləşdirilib.

İlk onluğa düşən digər ölkələr Danimarka, Norveç, İslandiya, Niderland, İsveçrə, İsveç, Yeni Zelandiya, Kanada və Avstriyadır.

Birləşmiş Ştatlar ötən ildən bir pillə geriləyərək 19-cu olub.

Azərbaycan 156 ölkə içində 90-cı yerdədir. Qonşulardan Rusiya 68, Ermənistan 116, Gürcüstan 119, İran 117-ci olub. Azərbaycanın Cənubi Qafqazdakı qonşularından qabaqda olduğu görünür.

Arxiv fotosu
Arxiv fotosu

Ötən il isə Azərbaycan 156 ölkə içində 87-ci yerdə idi.

***Buna da bax: Yeni hesabata görə, Azərbaycan Cənubi Qafqazda 'ən xoşbəxt ölkə'dir

Bu il hesabatda 2005-2006-cı illərdən həyat dəyərləndirməsi və müsbət və mənfi emosiyaların necə təkamül etdiyi öyrənilib. Gallup Ümumdüyna Sorğusu məhz həmin illərdən keçirilməyə başlanıb.

Hesabatın ayrı-ayrı bölümləri səxavətlilik və sosialyönlü davranışa, xoşbəxtliyin səsvermə davranışına təsirinə, internetdən istifadənin və asılılıqların xoşbəxtlik effektlərinə həsr olunub.

2005-2008-ci illərdən bəri reytinqdə ən çox Yəmən, Hindistan, Suriya, Botsvana və Venesuela geriləyib.

Reytinqdə sonuncu yeri Cənubi Sudan tutub. Ondan öncə Mərkəzi Afrika Respublikası, Əfqanıstan, Tanzaniya, Rvanda və Yəmən gəlir.

Bu hesabatı Ernesto Illy Fondunun dəstəyilə Davamlı İnkişaf Həlləri Şəbəkəsi (SDSN) hazırlayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG