Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:02

Yeni hesabata görə, Azərbaycan Cənubi Qafqazda 'ən xoşbəxt ölkə'dir


Xoşbəxtlik (©Shutterstock)
Xoşbəxtlik (©Shutterstock)

BMT 2018-ci il üçün Dünyanın Xoşbəxtlik Hesabatını açıqlayıb.

Bu hesabatda 156 ölkə “xoşbəxtliyin səviyyəsinə” və 117 ölkə buradakı mühacirlərin xoşbəxtlik dərəcəsinə görə sıralanıb.

Əslində “mühacir xoşbəxtliyinin” nəzərə alınması 2018-ci il hesabatının yeniliyidir.

Bu hesabatın indeksində ölkələrin sıralanmasında Gullup rəy sorğusu təşkilatının 2015-2017-ci illərdə apardığı sorğu və təhlillər əsas götürülüb.

Builki hesabatda ən xobbəxt ölkə titulu Finlandiyaya verilib, amma ilk onluğun tərkibi son iki ildə dəyişməyib.

İndiyədək keçirilmiş xoşbəxtlik reytinqində Danimarka, İsveçrə və Norveç birinci olub.

İlk onluqdakı ölkələrin göstəriciləri arasında fərqlər cüzidir. Reytinq cədvəlinin tərtibində isə əsas 6 kriteriya olduğu kimi qalıb: gəlir, ömür uzunluğu gözləntisi, sosial təminat, azadlıq, etimad və səxavət.

Azərbaycan xoşbəxtlik reytinqində 156 ölkə arasında 87-ci pilləni tutub. Azərbaycanın qonşuları – Gürcüstan 128, Ermənistan isə 129-cu yerdədir.

Keçmiş sovet respublikaları arasında ən pis göstərici Ukraynaya aiddir: 138.

Qalan respublikaların göstəriciləri Azərbaycanda olduğundan yaxşıdır.

Özbəkistan 44, Rusiya 59, Qazaxıstan 60, Moldova 67, Türkmənistan 68, Belarus 73, Tacikistan 80-ci pillədə qərar tutublar.

“Xoşbəxtlikdə” keçmiş sovetlərdən (Gürcüstan, Ermənistan və Ukraynadan başqa) yalnız Qırğızıstan (92) Azərbaycandan geridə qalır.

İran 106, Türkiyə isə 74-cü yerdədir.

Yeni hesabata görə Cənubi Sudan, Mərkəzi Afrika Respublikası və Burundi dünyanın “ən bədbəxt” ölkələri sayılırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG