Keçid linkləri

Təcili xəbərlər
2019, 27 İyun, Cümə axşamı, Bakı vaxtı 05:53

Türkiyədə zəlzələ olub


Türkiyədə zəlzələ, arxiv fotosu

Türkiyənin cənub-qərbində 5,7 bal gücündə zəlzələ olub. ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin Denizli şəhərindən 56 kilometr cənub-şərqə, Acipayama düşdüyünü bildirir.

Türkiyə rəsmi orqanlarının zəlzələnin gücünün 5,6 bal olduğunu, sonradan iki titrəyiş də qeydə alındığını deyir.

Acipayamın meri Hulusi Sevkanitki olmadığını, amma zəlzələnin evlərə ziyan vurduğunu söyləyib.

Denizli regionunun valisi Hasan Karahan üç nəfərin xəsarət aldığını bildirib. Onlar ya üstlərinə kərpic düşməsindən, ya da eyvandan tullanan zaman xəsarət alıblar.

Avropa zəlzələ monitorinqi xidməti isə zəlzələnin gücünün 6,4 bal olduğunu bildirir.

Türkiyədə zəlzələ tez-tez baş verir. 1999-cu ildə ölkənin şimal-qərbində 7,4 bal gücündə zəlzələdən 17 min nəfərdən çox adam ölmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG