Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:07

Amnesty fəalların buraxılmasını alqışlayır, amma...


Qiyas İbrahimov azadlıqda
Qiyas İbrahimov azadlıqda

“Azərbaycanda yanlış olaraq saxlanmış fəalların azadlığa buraxılması düzgün istiqamətdə addımdır, amma ölkədə qorxu və repressiya mühitini dəyişmək üçün daha çox iş görülməlidir”, Amnesty International insan haqları təşkilatı martın 18-də bildirib.

Qeyd edək ki, martın 16-da verilmiş əfv fərmanıyla 400-dən çox məhbus azadlığa çıxıb, onların içində 50-dən artıq müxtəlif ittihamlarla həbs olunmuş gənc fəal, müxalif siyasətçi olub. Amnesty özəlliklə vicdan məhbusları sayılan NİDA üzvü İlkin Rüstəmzadə, gənc fəallar Bayram MəmmədovQiyas İbrahimov-un, Facebook şərhinə görə həbs olunmuş AXCP sədrinin müavini Fuad Qəhrəmanlı-nın azadlığa çıxmasına diqqət çəkir.

“BEYNƏLXALQ QURUMLAR ÖLKƏYƏ BURAXILMIR”

“Amnesty International ədalətsiz olaraq həbs olunmuş fəalların ailələrinə qovuşmasını görməkdən məmnundur, amma bu addım Azərbaycandakı ümumi repressiya mənzərəsini o qədər də dəyişmir. Yerli insan haqları qrupları Novruz əfvinə 51 siyasi məhbusun salındığını, azı 74 ədalətsiz həbs olunmuş fəalın, jurnalistin və müxalifətçinin dəmir barmaqlıqlar arxasında qaldığını yazır”, – qurum bildirir.

Efvə düşən məhbuslar evlərində
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Bəyanatda deyilir ki, Azərbaycanda hələ də vətəndaş cəmiyyəti qruplarının fəaliyyətini az qala mümkünsüz edən repressiv qanunvericilik mövcuddur, QHT-lərin qeydiyyatı, onların maliyyələşmə tələbləri çətindir.

“Azərbaycan insan haqları yoxlamasına qapalıdır, Amnesty International daxil beynəlxalq insan haqları qurumları ölkəyə buraxılmır”, – deyən qurum ədalətsiz məhkəmələrdə təqsirli bilinənlərə ittihamları qaldırmağa, ya onları dərhal azadlığa buraxmağa, ya da cinayət məsuliyyətinə yetərincə dəlil varsa, beynəlxalq standartlara uyğun təkrar mühakimə etməyə çağırır. Daha bir tövsiyə vətəndaş cəmiyyəti qruplarının azad işləməsinə imkan vermək üçün qanunvericilikdə islahat aparılmasıdır.

“AB daxil olmaqla Azərbaycanın beynəlxalq tərəfdaşları hakimiyyətə təzyiqi saxlamalıdır ki, bu əfvdən sonra daha geniş insan haqları islahatları aparılsın, ölkədəki qorxu və repressiya mühiti dəyişsin”, – bəyanatda vurğulanır.

Azərbaycan hakimiyyəti isə ölkədə insan haqlarının durumuyla bağlı beynəlxalq tənqidləri qəbul etmir, bütün təməl hüquq və azadlıqların tam qorunduğunu bildirir.

İlham Əliyev ölkədə nəyi dəyişsin?
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG