Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:44

Qışın son günündə Bakıda yağış…


Yağış

Martın 20-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənir. Yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da martın 20-də bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Gecə 4-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təxmin edilir.

Martın 21-i saat 1:58 dəqiqədə yaz fəsli Azərbaycana qədəm qoymalıdır.

Multimedia

XS
SM
MD
LG