Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 20:39

Erdogan İranın kürd separatçılara qarşı əməliyyata qoşulduğunu deyir


Türkiyə-Suriya sərhədində kürd döyüşçü
Türkiyə-Suriya sərhədində kürd döyüşçü

Türkiyə İranla birlikdə kürd separatçılara qarşı hərbi əməliyyat apardığını bir daha iddia edib. İranın yarırəsmi mediası isə ordunun bu iddianı təkzib etdiyini xəbər verir.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan-ın martın 18-də bildirməsinə görə, əməliyyat qadağan olunmuş Kürd İşçi Partiyası (PKK) yaraqlılarına qarşı aparılır, bu, ilk belə əməliyyatdır və gələcəkdə belə missiyaların davam edəcəyinə ümid bəsləyir.

TRT kanalı Daxili işlər naziri Suleyman Soyluya istinadla xəbər verib ki, “Bu gün axşam saat 8-də Türkiyə İranla ilk birgə əməliyyatını həyata keçirib”.

Əməliyyatın harada aparıldığı aydın deyil.

“ƏMƏLİYYAT APARILIB, AMMA...”

Türkiyə, İraq, Suriya və İran sərhədlərindəki dağlıq regionda milyonlarla etnik kürd yaşayır. Onlardan bəzilərinin Türkiyədəki PKK qruplaşması ilə əlaqələri var. Bu qruplaşma onillər boyunca müstəqillik uğrunda savaşıb.

Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

İranın yarırəsmi Fars xəbər agentliyi isə ordunun iştirakını təkzib edib.

“Türkiyə ordusu PKK yaraqlı qrupuna qarşı əməliyyat aparıb, amma İran silahlı qüvvələri onda iştirak etməyib”, – Fars İran ordusunda mənbəyə istinadla yazır.

“İran silahlı qüvvələri ölkəmizə təhlükə yaratmaq istəyən istənilən qrupun qarşısı qətiyyətlə alınacaq”, – mənbə əlavə edib.

İranın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) əvvəllər ölkənin şimal hissəsində, Türkiyə sərhədi yaxınlığında və İraqla sərhəddə kürd üsyançı qruplarla toqquşub.

İran Kürdüstan Demokratik Partiyası aradabir İraqdakı bazalarından İran daxilində hücumlar gerçəkləşdirir. Tehran onu “terrorçu” qrup sayır. İndiyədək qruplaşmanın bir sıra liderləri öldürülüb və buna görə Tehran suçlanıb.

Bu qruplaşma silahlı solçu partiyadır, İran kökənli etnik kürdlərdən ibarətdir, İraqın şimalında mənzillənir, İranda qadağan olunub.

XS
SM
MD
LG