Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 14:10

Buğda və una görə güzəştlər davam edəcək


Taxıl

Azərbaycanda buğdanın idxalı, satışı, buğda ununun, çörəyinin istehsalı və satışı daha 1 il vergidən azad oluna bilər.

AZƏRTAC-ın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir. Artıq məsələ komitə müzakirəsindən keçib.

Başqa sözlə, vergidən azadetmə 2021-ci ilədək davam edə bilər.

Dəyişiklik layihəsinə Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında baxılacaq.

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib. Bu güzəşt 2016-cı il yanvarın 1-dən bir illik tətbiq edilib. Daha sonra güzəştin müddəti 3 illiyə uzadılmışdı.

Multimedia

XS
SM
MD
LG