Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 17:44

Maduro hökumətdən istefaya getməyi xahiş edir


Nicolas Maduro

Venesuela Prezidenti Nicolas Maduro hökumətin tamamilə istefaya getməsini xahiş edib. Ölkənin Vitse-prezidenti bunun hökumətdə “dərin yenidənqurma” aparmaq üçün gərəkdiyini deyib.

“Prezident @NicolasMaduro icraedici kabinetdən istefa verməsini istəyib ki, hökumətin metodları və funksiyalarının dərindən yenidən qurulması nəzərdən keçirilsin”, – Vitse-prezident Delcy Rodriguez martın 17-də tvitində yazıb.

Rodriguez belə bir addımın “ölkəni istənilən təhdidə qarşı möhkəmləndirəcəyini” deyib.

Bu Latın Amerikası ölkəsində iqtisadi böhran, hiperinflyasiya, ərzaq, dərman qıtlığı yaşanır, tez-tez ölkəboyunca elektrik kəsilir

Maduro elektrikin kəsilməsinə görə, opponentlərini, özünün rəqibi Juan Guaido-nu dəstəkləyən Birləşmiş Ştatları suçlayır.

Müxalifətin nəzarətində olan Milli Assambleyaya rəhbərlik edən Guaido yanvarda özünü aralıq dövr prezidenti elan edib. Avropanın bir çox ölkələri, bir sıra region ölkələri də onu dəstəkləyir.

Rusiya və Çin isə 2013-cü ildə Hugo Chavez dünyasını dəyişəndən sonra hakimiyyətə gəlmiş Maduronun arxasında durur. O, ötən il ikinci müddətə prezidentliyə başlayıb. Amma müxalifət seçkini boykot edib, saxtalaşdırma baş verdiyini deyib.

Maduro həm də insan haqları pozuntuları, iqtisadiyyatı pis idarə etdiyinə görə tənqid olunur.

XS
SM
MD
LG