Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 04:02

Azərbaycanda seçicilərin sayı açıqlanıb


11 aprel seçkisi

Bu günə (martın 15-nə) olan məlumata görə, Azərbaycanda 5 milyon 209 min 420 seçici var.

Bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasından (MSK) deyiblər.

Qurumdan bildirib ki, seçicilərin 50.83 faizini qadınlar, 49.17 faizini isə kişilər təşkil edir.

MSK-dan habelə vurğulayıblar ki, bu say yekun rəqəm deyil və dəqiqləşdirmələr davam edir. Qurumdan əlavə ediblər ki, may ayının sonuna qədər seçici siyahılarının dəqiqləşdirmə prosesinin yekunlaşdırılması nəzərdə tutulur.

Seçicilərin siyahısının dəqiqləşdirmə prosesinə yanvar ayından start verilib.

Xatırlatma

Azərbaycanda son seçki 2018-ci il aprelin 11-də (növbədənkənar prezident seçkisi) olub. O vaxt ölkədə 5 milyon 332 mindən çox seçicinin qeydiyyatda olduğu rəsmən açıqlanmışdı. Amma seçici siyahılarına həmin vaxt müxalifət şübhələrini ifadə etmişdi. Hətta ATƏT-in müşahidə missiyasının hesabatında belə bu məsələyə toxunulmuşdu.

Multimedia

XS
SM
MD
LG