Keçid linkləri

Təcili xəbərlər
2019, 27 Mart, çərşənbə, Bakı vaxtı 00:08

Prezident Qarabağ danışıqlarından bəhs etdi


İ.Əliyev

«Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər».

AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev martın 14-də «Dünyanın yeni xarici siyasəti» mövzusunda keçirilən VII Qlobal Bakı Forumunun açılışında çıxış edərkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bildirib.

İ.Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud formatı dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirib. O vurğulayıb ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır.

Xatırlatma

Ermənistan baş naziri Nikol Paşinyan bundan əvvəl Dağlıq Qarabağın da danışıqlara tərəf kimi qatılmasını təklif edib. Azərbaycan isə bunu qəbul etmir, Dağlıq Qarabağdakı mövcud idarəçiləri separatçı qüvvə sayır. Rəsmi Bakının mövqeyinə görə, yalnız Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları bərabər şəkildə danışıqlara qatıla bilər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-c ildə atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib. Qarabağ münaqişəsinin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətlərdir. Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi arasında aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG