Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:56

Prezident yaradıcı ittifaqlara pul ayırıb


İ.Əliyev

Bu gün, martın 13-də prezident İlham Əliyev Azərbaycanda fəaliyyət göstərən bir sıra ittifaqlara maliyyə ayrılması ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda yazılıb ki, ölkənin mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, habelə Azərbaycanda mədəniyyətin, incəsənətin təbliğində, memarlığın inkişafında yaradıcı kollektivlərin rolu əvəzsizdir.

Sənəddə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat ayrılır. Habelə, Bəstəkarlar İttifaqına 650 min, Rəssamlar İttifaqına 350 min, Kinematoqrafçılar İttifaqına 300 min, Memarlar İttifaqına 250 min, Teatr Xadimləri İttifaqına 250 min və Aşıqlar Birliyinə 250 min manat verilməlidir.

Xatırlatma

Ancaq Azərbaycanda bəzi ekspertlər belə yaradıcı ittifaqlara dövlətin, bir qayda olaraq, pul ayırmasını düzgün saymırlar. Onlar deyirlər ki, bu ittifaqlar sovet dövründə yaradılıb. Həmin ekspertlərin fikrincə, belə ittifaqları dövlət büdcəsindən asılı saxlamaqdansa, onları yükə çevirməkdənsə, liberal iqtisadiyyata, yaradıcı azadlıqların qorunmasına imkanlar tanınmalıdır.

Multimedia

XS
SM
MD
LG