Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:12

Taliban hücumunda azı 13 əsgər öldürülüb


Əfqanıstan, arxiv fotosu

Taliban yaraqlıları Əfqanıstanın qərbində bir neçə hərbi posta hücum ediblər, azı 13 əsgər öldürülüb.

Badğis vilayəti valisinin sözçüsü Jamshid Shahabi martın 12-də deyib ki, 42 yaraqlı da öldürülüb, eyni zamanda 15 əsgər yaralanıb.

Hadisə Türkmənistanla sərhəddə baş verib.

12 əsgərin taleyi isə naməlumdur.

Müdafiə Nazirliyinin sözçüsü Qais Mangal Bala Murğab vilayətinə əlavə qüvvələr göndərildiyini söyləyib. Taliban martın 9-da buraya hücum etmişdi. O, döyüşlərdə 20 əsgərin öldürüldüyünü, 20-nin əsir götürüldüyünü bildirib.

Mangal-ın sözlərinə görə, Taliban dörd postu ələ keçirib və döyüş “hələ də gedir”.

Talibanın sözçüsü qruplaşmanın hücumun arxasında durduğunu, 28 əsgərin əsir götürüldüyünü deyib.

Bu hücumların baş verdiyi bir dönəmdə ABŞ və Taliban təmsilçiləri Qətərdə sülh danışıqları aparırlar.

XS
SM
MD
LG