Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 01:29

Azərbaycanın su ehtiyatları 15 faiz azalıb


Astarada çay

«Son onilliklərdə baş verən iqlim dəyişmələri fonunda yağıntıların azalması və temperaturun artması nəticəsində Azərbaycanda su ehtiyatları 10-15 faiz azalıb».

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

U.Tağıyeva bunu bu ilin martın 6-dan 18-dək ölkədə çayları qidalandıran qar ehtiyatlarını qiymətləndirmək üzrə Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərinə təşkil edilən ekspedisiyaların tədqiqatlarına əsasən söyləyib.

Departament rəhbəri bildirib ki, bu tədqiqat işləri Daşkəsən-Gədəbəy, Quba-Qusar, Şəki-İsmayıllı və Şəki-Zaqatala istiqamətlərində 23 marşrut üzrə aparılır: «... Qar suları yaz-yay gursululuq dövründə respublikanın əksər çaylarının həm səth, həm də yeraltı qida mənbələrini formalaşdırır. Buna görə aprel-iyun ayları ərzində respublikanın Şəmkir, Mingəçevir, Araz və s. su anbarlarında gözlənilən sululuğa uyğun tənzimləmə işlərinin aparılması üçün gursululuq axımı proqnozu tərtib edilir. Bu növ proqnozları müvafiq təşkilatlar sudan istifadənin düzgün planlaşdırılması məqsədi ilə digər çaylar üçün də tərtib edirlər».

U.Tağıyeva bildirib ki, ölkənin kənd təsərrüfatı məhsullarının 90 faizi suvarılan torpaqlarda yetişir. Onun fikrincə, bu baxımdan, suvarmada istifadə olunacaq su mənbələrinin və onlarda gözlənilən su ehtiyatlarının əvvəlcədən müəyyən edilməsi vacibdir.

Multimedia

XS
SM
MD
LG