Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 09:58

Novruzun üçüncü – Yel çərşənbəsidir


Novruz

Bu gün, martın 12-i Yel çərşənbəsidir.

Yel çərşənbəsi xalq arasında «Külək oyadan», «Küləkli çərşənbə» kimi tanınır. İnama görə, bu çərşənbədə külək oyanan suyu, odu hərəkətə gətirir.

Yel çərşənbəsi həm də ilaxır çərşənbəyə hazırlıq mərhələsidir. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlara təzə paltar geyindirər, qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı görürlər.

Yel çərşənbəsi günü də tonqallar qalanır, evlərdə süfrəyə daha çox quru meyvə qoyulur.

Sonra Torpaq çərşənbəsi gələcək. Birinci Su, ötən həftə isə Od çərşənbəsi olmuşdu.

Martın 19-da sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəsli ölkəyə bu il martın 21-də Bakı vaxtı ilə saat 01:58-də qədəm qoymalıdır. Novruz adətinə uyğun olaraq, bayram ərəfəsinə düşən dörd həftənin çərşənbə günləri beləcə xüsusi olaraq qeyd olunur.

Multimedia

XS
SM
MD
LG