Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 13:48

Puigdemont da Avropa Parlamentinə seçilmək istəyir


Carles Puigdemont

İspaniyanın Kataloniya bölgəsinin keçmiş lideri Carles Puigdemont mayın 26-da Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etməyi planlaşdırır. O, separatçı JuntsxCat alyansının əsas namizədi kimi seçkiyə gedəcəyini deyir.

“Kataloniyanın öz müqəddəratını təyinetmə hüququnu beynəlmiləlləşdirməyə doğru yeni addım atmağın vaxtı çatıb: düz Avropanın ürəyindən bütün dünyaya doğru”, – Puigdemont martın 10-da özünün Kataloniya Avropa Demokratik Partiyasının (PDeCAT) şura iclasından sonra Twitter-də yazıb.

56 yaşlı Puigdemont hazırda Belçikada yaşayır. O, 2017-ci ildə Kataloniyanın İspaniyadan ayrılmasına çalışsa da, buna nail ola bilməyib və Brüsselə qaçıb. O vaxtdan Madridin onu ekstradisiya etmək cəhdləri ilə mübarizə aparır.

İspaniyanın Puigdemont-un Avropa Parlamentinə namizədliyini önləyə bilib-bilməyəcəyi hələlik, bəlli deyil.

İspaniyada aprelin sonunda parlament seçkisi keçiriləcək, burada sosialist hökumət hakimiyyətini saxlamağa çalışır.

XS
SM
MD
LG