Keçid linkləri

2025, 24 Yanvar, Cümə, Bakı vaxtı 02:13

Rusiyaya ən çox hansı ölkədən mühacirət edirlər – Qərb mediası


Donbasdan miqrantlar Kiyevdə yürüş keçirir
Donbasdan miqrantlar Kiyevdə yürüş keçirir

“2018-ci ildə Rusiyaya gedən miqrantların mənbəyi kimi Ukrayna birinciliyi əldən verib”. Buna oxşar başlıqlar son vaxtlar Rusiya mediasında yer alıb. Media Rusiya Federal Dövlət Statistika Xidmətinə (Rosstat) istinadla belə bir məlumat yayıb.

Məlumatlarda bildirilir ki, Rusiyaya ötən il ən çox Tacikistan sakinləri gedib və bu ölkə son illər ilk dəfə olaraq Ukraynadan önə keçib. Moskva Dövlət Universitetindən Olga Chudinovskikh RBC-yə deyib ki, Ukraynadan Rusiyaya miqrant axınının azalmasına səbəb ölkənin şərqindən “qaçqın axınının azalması” və ukraynalıların indi daha çox Avropaya mühacirət etmək istəyi ilə əlaqədardır.

Bu o deməkdir ki, indi Rusiyaya Tacikistandan daha çox adam gedir, nəinki Ukraynadan? “Meduza” portal bunun belə olmadığını yazır. “Ukrayna Rusiyaya gedənlərin əsas mənbəyi olaraq qalır. Düzdür, rəqəm özlüyündə azalır, 2017-ci ildə Rusiyaya 150 min 100, 2018-ci ildə 137 min 700 nəfər gedib. Rusiyanı tərk edən ukraynalıların sayı isə 102 min 400-dən 122 min 900-ə qalxıb. Yekunda ötən il Ukraynadan Rusiyaya təmiz miqrant sayı 14 min 800 olub ki, bu da bir il öncəki 47 min 600-dən çox azdır”, – məqalədə deyilir.

Rusiyada Tacikistandan olan miqrant fəhlələr
Rusiyada Tacikistandan olan miqrant fəhlələr

Ötən il Tacikistandan Rusiyaya 67 min 900 nəfər köçüb, təmiz miqrant axını 31 min olub. Qazaxıstandan gedənlər 72 min, təmin axın 26 min 500 olub. “Həmin ölkələrdən təmiz miqrant axını nisbətən böyük olsa da, hər birindən Rusiyaya köçənlərin sayı Ukraynadakından azdır”, – portal vurğulayır.

Rosstat-ın məlumatına görə, MDB-nin hər bir üzvündən Rusiyaya təmiz miqrant axını azalıb, Türkmənistan, Ermənistan və Azərbaycan isə istisnadır. Rusiyaya təmiz miqrasiyadakı ümumi azalma isə son 10 ildə ölkə əhalisinin sayında da azalma yaradıb.

Niyə NATO və AB üzvlüyünü az namizəd dəstəkləyir

Ukraynada 31 mart prezident seçkisinə 42 namizəddən yalnız 11-i NATO və AB-yə üzvlüyü dəstəkləyir. Ancaq 300-dən artıq deputat bu iki hədəfin konstitusiyaya salınması üçün üç dəfə onun dəyişilməsinə səs veriblər. Atlantik Şurasının saytında Taras Kuzio yazır ki, Batkivshchina (Ata yurdu) və Radikal partiyaları bu konstitusiya dəyişikliklərinin lehinə səs versələr də, partiya liderləri olan Yulia Tymoshenko və Oleh Lyashko NATO və AB məsələsini proqramlarına salmayıblar.

Petro Poroshenko namizədlik üçün sənədlərini təqdim edir
Petro Poroshenko namizədlik üçün sənədlərini təqdim edir

Namizədlərin böyük hissəsi oktyabra gözlənən parlament seçkisi öncəsi adlarının tanınması üçün bu seçkiyə gedir, bəziləri isə digərlərinə verilən səsləri azaltmaqdan ötrü texniki namizədlər kimi gedir. 44 namizəd arasında AB və NATO üzvlüyünə dəstəyin olmaması iki faktorun nəticəsidir. Batkivshchina və Radikal partiyaları həmişə ziddiyyətli mövqe tutublar, bir tərəfdən konstitusiyaya dəyişiklikləri dəstəkləyirlər, digər tərəfdən son illər islahatlara ürəkdən dəstək verməyiblər, həm rusiyapərəst Müxalifət Blokuna qarşı çıxıblar, həm də BVF-yə qarşı ritorika sərgiləyiblər. İkinci məsələ odur ki, NATO və AB üzvlüyünü proqrama salmamaqla, bu “müxalifət” namizədləri özlərini hazırkı prezident Petro Poroshenko-dan kənar tutmağa çalışırlar”, – yazan müəllif hər iki faktorun çaşdırıcı olduğunu qeyd edir. Çünki rəy sorğuları ukraynalıların çoxunun AB və hətta NATO üzvlüyünü dəstəklədiyini göstərir.

On bir namizəddən Prezident Petro Poroshenko NATO və AB üzvlüyünü ən çox birmənalı dəstəkləyəndir. Lvovun meri Andriy Sadovyi də hər iki quruma üzvlüyü dəstəkləyirdi, amma martın 1-də seçkidən şəkildi. Bununla da NATO və AB üzvlüyünü proqramlarına salan namizədlərin sayı azaldı.

Pekində Huawei mağazası
Pekində Huawei mağazası

Huawei Brüsseldə təhlükəsizlik laboratoriyasını açır

Çinin Huawei texnologiya şirkəti dünən – martın 5-də Brüsseldə kibertəhlükəsizlik laboratoriyası açıb. Şirkət hökumətlərin inamını qazanmaq, avadanlığının milli təhlükəsizliyə risk yaratmasına dair ABŞ-ın iddiaları ilə mübarizə aparmağa çalışır.

Şirkət rəsmiləri Huawei Kibertəhlükəsizlik Şəffaflıq Mərkəzini açıblar. Bu mərkəz müştəriləri olan şirkətlərə imkan verəcək ki, şəbəkəsini idarə edən mənbə kodunu nəzərdən keçirsinlər.

Bu arada Birləşmiş Ştatlarla Çin arasında Huawei Technologies şirkətilə bağlı qarşıdurma yaşanır. ABŞ yüksəksürətli 5G şəbəkələri üçün telekommunikasiya infrastrukturu istehsalçısı olan şirkəti casusluqda suçlayır, onun avadanlığının Çinin kommunist liderlərinin rəqəmsal casusluğunu asanlaşdırdığını iddia edir.

Huawei isə iddiaları rədd edir. O, noyabrda Almaniyanın Bonn şəhərində də oxşar mərkəz açıb.

XS
SM
MD
LG