Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 18:12

Sabiq rəis müavini işgəncəyə görə məhkəmə qarşısında


Polis

Qaradağ rayonundakı polis bölmələrindən birinin rəis müavini olmuş, polis polkovniki Əliqulu Ağaliyev özü cinayət məsuliyyətinə cəlb olunub. O, vətəndaşa işgəncə verməkdə suçlanır. Sabiq rəis müavini hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Amma həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onun barəsində polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib.

Martın 5-də bu iş üzrə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib. İttihamda Əli Allahverdiyev adlı şəxsin polis bölməsində işgəncəyə məruz qalması, istintaq təcridxanasına köçürüldükdən sonra onun üzərində işgəncə izlərinin aşkarlanmasından bəhs olunur.

Ə.Ağaliyevə qarşı CM-in 293.2 (vəzifəli şəxs tərəfindən, onun təhriki və ya razılığıyla, yaxud da xəbərdar olduğu halda, işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən polkovnik özünü təqsirli bilməyib. Amma indiki mərhələdə ifadə verməkdən də imtina edib. Deyib ki, polis bölməsində döyüldüyü iddia olunan zərərçəkmiş Ə.Allahverdiyev, şahidlər dindiriləndən sonra ifadə verəcək.

Məhkəmədə elan olunub ki, zərərçəkmiş Ə.Allahverdiyev hazırda ölkədə olmadığına görə məhkəməyə gəlməyib.

Məhkəmə prosesi martın 12-də davam edəcək.

Təqsirləndirilən polkovnik və vəkili məhkəmə prosesinin qapalı keçirilməsini istəyib. Bu barədə vəsatət də qaldırıblar. Amma vəsatət təmin olunmayıb.

Azərbaycan Cinayət Məcəlləsində vəzifəli şəxsin işgəncə verməsinə (eləcə də onun göstərişi ilə, məlumatı olduğu halda, kiməsə işgəncə verilməsi) görə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Multimedia

XS
SM
MD
LG