Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:56

Lukashenka Şərqlə Qərb arasında balanslaşdırmadan danışıb


Aleksandr Lukashenka hökumətin iclasında
Aleksandr Lukashenka hökumətin iclasında

Belarus Prezidenti Aleksandr Lukashenka deyir ki, ölkəsi Rusiyayla Avropa Birliyi arasındakı “qarşıdurmanın soyuğunu üstələməli”, bunu xarici siyasətini Şərqlə Qərb arasında balanslaşdırmaqla etməlidir.

Lukashenka martın 5-də Minskdə inteqrasiya məsələləri üzrə hökumətin iclasında çıxış edib. O deyib ki, ölkəsinin Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyi (AİB) və AB arasındakı nadir mövqeyi “Belarusa üstünlük gətirməlidir”.

“İdeal hal ssenarisi Belarusun xarici siyasətindəki şərq və qərb istiqamətləri arasında balans yaratmaqdır. Bu balans o zaman mümkün olar ki, AB bazarı bizdən ötrü Rusiya bazarına alternativə çevrilsin, təkcə kağız üzərində deyil, reallıqda”, – Lukashenka vurğulayıb.

O əlavə edib ki, Minsk “NATO ilə qarşılıq sayqılı münasibətlərimizi də təkmilləşdirməlidir”.

“ONLARA DÜŞMƏN KİMİ BAXMAMALIYIQ”

Lukashenka NATO üzvləri olan Latviya, Litva və Polşanın Belarusla ümumi sərhədləri olduğunu, qonşu Ukraynanın isə “həvəslə” NATO üzvlüyünə doğru irəlilədiyini qeyd edərək alyansın “bizə gərəkməyən müəyyən problem və qarşıdurma səbəbi” yaratdığını vurğulayıb.

Belarusun gömrük işçisi Rusiyanın yük maşınını yoxlayır
Belarusun gömrük işçisi Rusiyanın yük maşınını yoxlayır

O, NATO ilə daha güclü əlaqələrin Belarusun təhlükəsizliyini gücləndirəcəyini söyləyib.

“Onlarla danışmalıyıq. Onlara düşmən kimi baxmamalıyıq”, – Lukashenka deyib.

Rusiyayla inteqrasiyaya gəlincə, Lukashenka deyib ki, Belarus 1990-cı illərdə yaradılmış, amma kağız üzərində qalmış Rusiya-Belarus İttifaq Dövləti ideyasının inkişaf etdirilməsini “tam dəstəkləyir”.

Amma qeyd edib ki, belə bir ittifaq dövləti “bərabər tərəfdaşlıq” əsasında mümkündür.



Belarus Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin üzvüdür. Amma Lukashenka bloku “inkişaf etmədiyinə görə” tənqid edib.

“Təəssüf ki, Avrasiya inteqrasiyasının əksi gedir… Mənə deyirlər ki, biznes qurumlarımıza əngəllər, baryerlər, məhdudiyyətlər var”, – o deyib. Amma keçmiş sovet respublikalarının Belarusun əsas idxalçıları olduğunu da sözlərinə əlavə edib.

“Burada Ukrayna və Gürcüstanı qeyd etmək istəyirəm, onlarla böyük həcmdə ticarətimiz və yaxşı münasibətlərimiz var”, – deyən Lukashenka Kiyev və Tbilisinin Rusiyayla gərginlik yaşamasına baxmayaraq, Minskin onları dost saydığını vurğulayıb.

Gürcüstan və Ukrayna AB və NATO-ya qoşulmaq niyyətlərini açıqlayıblar.

Rusiya Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıyıb. Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG