Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:48

Qanunsuz tikililərə görə həbs olunan məmura 9 il həbs tələbi


Bakı Ağır Cinayətlər Məhkəməsi

2018-ci ilin dekabrında paytaxtın Xətai rayonunun icra başçısı Razim Məmmədov işdən kənarlaşdırılandan az sonra onun əmisi oğlu Xalid Məmmədov təqsirləndirilən şəxs kimi məhkəmə önünə çıxarıldı. Onun özü də Xətai rayonunda Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləmişdi. Bu rayonda rüşvət alıb qanunsuz tikililərə şərait yaratmaqda suçlanan X.Məmmədovun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində gedən araşdırmalar yekunlaşıb.

Martın 5-də məhkəmədə dövlət ittihamçısı çıxış edərək, sabiq məmurun 9 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror deyib ki, X.Məmmədova qarşı irəli sürülmüş ittihamlar məhkəmə istintaqında şahid ifadələri ilə təsdiqini tapıb.

Amma X.Məmmədov özünü təqsirli bilmir. Xətai rayonunda təkcə bir tikintiyə görə 50 min manat rüşvət alması barədə ittihama münasibət bildirən X.Məmmədov deyib ki, nəinki bu pulu almayıb, heç ona təklif də edilməyib. Bildirib ki, tikinti məsələlərinin ona aidiyyəti olmayıb, əsasən, məhəllələrdəki daxili küçələrin, əsas yolların kənarının və məişət tullantılarının təmizləməsi ilə məşğul olublar.

X.Məmmədovu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin prokurorluğa göndərdiyi materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları həbs edib. Ona CM-in 311 (rüşvət alma), 34.312-ci (rüşvət verməyə təhrik etmə) və 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham verilib.

Razim Məmmədov dekabrın 13-də prezidentin sərəncamıyla Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Multimedia

XS
SM
MD
LG