Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:02

Çin müdafiə xərclərini artırır


Çinin Xalq Azadlıq Ordusu

Çin 2019-cu ildə silahlı qüvvələrə xərcləri 7,5 faiz artıracaq, 177 milyard dollara çatdıracaq. Bunu yeni yayılmış büdcə layihəsinə əsasən demək olar.

Layihə ölkə parlamentinin 5 mart toplantısı ərəfəsində dərc olunub.

Çinin müdafiə büdcəsi bütün dünyanın diqqətindədir, çünki bu ölkə silahlı qüvvələrini modernləşdirir, kəşfiyyat qırıcıları, sualtı qayıqlar, peyk əleyhinə raketlər kimi yeni texnologiyalara yatırımlar edir.

Ötən il müdafiə xərcləri 8,1 faiz artmışdı. 2016-cı ilədəksə bu ölkə beş il ərzində bu sahəyə ikirəqəmli artımlar edib.

Ekspertlər və diplomatların fikrincə, Çin Xalq Azadlıq Ordusuna əsl xərcləri gizlədir. Ordu Prezident Xi Jinping-in dövründə böyük modernləşmə işinə məruz qalıb.

Şəffaflığın olmaması nəticəsində rəqibləri Çinin regionda gərginliyi qızışdırmasından şikayətlənirlər.

Bu arada Çin Şərqi və Cənubi Çin dənizlərində və Tayvan üzərində ərazi mübahisələrində də mövqeyini möhkəmləndirməyə çalışır.

Bu il üçün Çində iqtisadi artım hədəfi 6,0-6,5faiz qoyulub.

XS
SM
MD
LG