Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:15

Khamenei Avropaya ta əvvəldən inanmırmış


Ali Khamenei hökumətin iclasında, 15 iyul, 2018-ci il
Ali Khamenei hökumətin iclasında, 15 iyul, 2018-ci il

İranın Ali dini lideri Ayətulla Ali Khamenei hələ ötən iyulda hökumətə tövsiyə edibmiş ki, Avropanın Tehranı ABŞ-ın sanksiyalarından qorumaq cəhdlərinə çox da belə bağlamasın. Ondan bir neçə ay öncə Vaşinqton İranla nüvə sazişindən çıxdı, cərimələri bərpa elədi.

Khamenei-nin o zaman hökumətin iclasında dedikləri doqquz ay sonra yayılıb. “Reuters” yazır ki, Prezident Hassan Rouhani Avropa ölkələri ilə nüvə sazişini xilas etməyə çalışdığı bir məqamda, Khamenei bu səylərə nikbin yanaşmırmış.

Avropalılar təbii olaraq deyəcəklər ki, İranın maraqlarını qoruyurlar, “amma İran hökuməti bunu əsas götürməməlidir”, – rəsmi vebsaytı bazar ertəsi Khamenei-yə istinadla yazır.

Cəmi bir həftə öncə Rouhani Xarici işlər naziri Mohammad Javad Zarif-in istefasını rədd edib. O, nüvə sazişi üzrə danışıqlara rəhbərlik edib.

TİCARƏT MEXANİZMİNƏ DƏ İNANMIR

Khamenei-nin dedikləri isə Zarifin bu razılaşmanı qüvvədə saxlamaq cabalarına kölgə salır.

Hassan Rohani (solda) və Mohammad Javad Zarif
Hassan Rohani (solda) və Mohammad Javad Zarif

İranın 2015-ci ildə altı böyük ölkəylə imzaladığı saziş Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tutur.

Khamenei elə həmin iclasda deyib ki, nüvə sazişi İranın “heç bir iqtisadi problemi”ni həll edən deyil, avropalıların İranla biznesi ABŞ sanksiyalarından qorumaq üçün təklif etdiyi mexanizm də iqtisadi problemləri yoluna qoymayacaq.

“Avropalılar pisdirlər, həqiqətən pisdirlər. Mən avropalılar barədə çox şey deyə bilərəm; indiki siyasətlərinə görə deyil, son bir neçə əsrdə apardıqları ziyanlı fəaliyyətə görə”, – deyən ali dini lider əlavə edib ki, “İran iqtisadiyyatını nəzarətdən çıxmış bir şeyə bağlamayın”.

İran siyasətində həmişə daxili fraksiya çəkişmələri mövcud olub. Rouhani və onun mötədil düşərgəsi nüvə sazişini dəstəklədiyi halda, Khamenei tərəfdarı olan mühafizəkarlar hansısa xarici təzyiq qarşısında boyun əyməyə meylli deyillər, bunu İslam inqilab dəyərlərinə qarşı sayırlar.

Khamenei ötən ay hökumətə xəbərdarlıq etmişdi ki, Avropa ölkələrinə, onların “təbəssüm”ünə aldanmasınlar.

Fransa, Almaniya və Britaniya yanvarda İranla qeyri-dollar ticarəti üçün yeni kanal açıb. Amma diplomatların fikrincə, bu, iri tranzaksiyalara imkan verməyəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Qasemi bazar ertəsi Avropanın təklif etdiyi mexanizmi alqışlayıb, onu “gecikmiş, amma vacib addım” adlandırıb.

Amma Qasemi onu da deyib ki, İran avropalıların hansısa şərtini qəbul etməyəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG