Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

İranda ev dustağı olan müxalifətçilərin yeni fotosu yayılıb


Mir Hossein Musavi və həyat yoldaşı Zahra Rahnavardın fotosu
Mir Hossein Musavi və həyat yoldaşı Zahra Rahnavardın fotosu

İranda tanınmış müxalifətçilər Mir Hossein Musavi ilə həyat yoldaşı Zahra Rahnavard-ın sosial mediada yeni fotosu yayılıb. Onlar səkkiz ildir ev dustağıdırlar.

Fotonun ilk olaraq martın 3-də Kalameh müxalifət vebsaytı tərəfindən Telegram mesajlaşma əlavəsində dərc olunduğu bildirilir.

Foto sosial mediada geniş paylaşılıb. İslahatçı Etemadonline xəbər saytı onu Twitter hesabında heç bir izahat vermədən yerləşdirib. Amma vebsaytın özündə dərc olunmayıb.

Ölkədəki bir çox jurnalistlər və fəallar da fotonu, həmçinin Mir Hossein-in namaz qılan yerdə videosunu paylaşıblar.

Bu videonun Musavinin bacısının evində lentə alındığı bildirilir.

HAKİMİYYƏT YUMŞALIR?

Məlumatlara görə, hakimiyyət son aylar Musavi və arvadının yaxın qohumlarla görüşməsinə icazə verir.

Prezidentliyə namizəd Mir-Hossein Mousavi, 2009-cu il
Prezidentliyə namizəd Mir-Hossein Mousavi, 2009-cu il

Onlar 2011-ci ildə ev dustağı ediləndən medianın onların fotosunu yayması qadağan olunub. Musavi və islahatçı ruhani Mehdi Karrubi 2009-cu ilin prezident seçkisi zamanı müxalifət liderləri kimi tanınmışdılar.

77 yaşlı Musavi, 81 yaşlı Karrubi və universitet professoru olan 73 yaşlı Rahnavard 2011-ci ilin fevralında ev dustağı ediliblər. Onlar mübahisəli seçki, insan haqları pozuntuları məsələlərini dəfələrlə hakimiyyət qarşısında qaldırmışdılar.

İran Prezidenti Hassan Rohani 2013 və 2017-ci illərdə seçki kampaniyası zamanı vəd verməsinə baxmayaraq onları azad etməyib və buna görə islahatçıların tənqidləri ilə üzləşib.

ABŞ Dövlət Departamenti isə ötən ay onların ev dustaqlığının ildönümündə bəyanat yayaraq azad olunmalarına çağırıb.

“Onların dərhal buraxılmasını, bütün vicdan məhbuslarının azad olunmasını tələb edirik”, - Dövlət Departamentinin sözçüsü Robert Palladino fevralın 14-də yaydığı bəyanatda deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG