Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 18:16

Prezident kino ilə bağlı sərəncam verdi


İ.Əliyev

Prezident İlham Əliyev bu gün, martın 1-də film istehsalı sahəsinin modernləşdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda Mədəniyyət Nazirliyinə «Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası» layihəsini üç aya hazırlamaq tapşırılır. Bu zaman Azərbaycan Kinematoqrafçılar İttifaqının və başqa aidiyyəti qurumların təklifləri nəzərə alınmalıdır.

Sərəncamın əsasən, dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədilə Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat ayrılıb.

Bu gün, martın 1-də prezident bir qrup mədəniyyət və incəsənət xadimləri ilə görüşmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG