Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 19:24

Taliban hərbi bazaya hücum edib


Əfqanıstan, arxiv fotosu

Fevralın 28-də axşam Taliban yaraqlıları Əfqanıstanın cənubundan Helmand vilayətində böyük hərbi bazaya hücum ediblər, hazırda döyüş getdiyi bildirilir

Əfqanıstanın Müdafiə Nazirliyi martın 1-də bildirib ki, reyd zamanı dörd yaralı öldürülüb.

Həmin bazada ABŞ-ın hərbi müşavirləri və əsgərləri də yerləşir.

Nazirlik əfqan qüvvələr içində də itkinlər olduğunu deyib, amma dəqiq say açıqlamayıb.

Taliban onlarla əfqan əsgəri qətlə yetirdiyini bəyan edib.

Hərbi mənbənin AzadlıqRadiosu-na bildirməsinə görə, hərbi bazadakı komandirlərdən biri hücum zamanı öldürülüb.

Bu hücum ABŞ-ın Əfqanıstandakı sülh elçisinin Qətərdə Talibanla sülh danışıqları apardığı bir dönəmə təsadüf edir. Zalmay Khalilzad fevralın 28-də deyib ki, danışıqlar üçgünlük fasilədən sonra martın 2-də bərpa olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG