Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 02:33

Cəlilabadda 14 nəfərin halı birdən pisləşib


Cəlilabad

Fevralın 28-i axşam saatlarında Cəlilabad şəhərində 14 nəfər zəhərlənmə şübhəsi ilə rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, həmin 14 nəfərdən 11-i ilkin müayinədən sonra evə buraxılıb: «Qalan 3 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. İki nəfəri reanimasiyada bir neçə saat saxlanıb, müalicədən sonra evə buraxılıb. Sonuncu şəxs isə martın 1-i səhər saatlarında evlərinə yola salınıb».

Nazirlikdən bildirilib ki, bu şəxslər şəhərdəki marketlərin birində təmizlik işləri apararkən yuyucu vasitələrdən zəhərləndiklərini deyiblər.

Baş verənlərlə bağlı, hələlik, hüquq-mühafizə orqanları açıqlama yaymayıblar.

Multimedia

XS
SM
MD
LG