Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 05:59

ABŞ-Taliban danışıqlarında fasilə yaranıb


Zalmay Khalilzad

Əfqanıstanın Taliban təmsilçiləri ilə görüşən ABŞ elçisi deyir ki, Qətərdə sülh danışıqlarının son raundu martın 2-dək ertələnib, çünki hər iki tərəf “daxili müzakirələr” aparmalıdır.

“Tərəflər növbəti iki gündə daxili müzakirələr aparacaq, şənbə günü yenidən bir araya gələcək”, Zalmay Khalilzad fevralın 28-də tvitində yazıb.

Talibanın sözçüsü Zabihullah Mujahid bəyanatında deyib ki, tərəflər 27 fevral iclasından sonra məsləhətləşmələr aparmaq, növbəti iclasa hazırlaşmaq qərarını veriblər.

Khalilzad danışıqları “məhsuldar” adlandırıb, “anlaşma və əbədi sülhə doğru yavaş, möhkəm addımlar atıldığını” yazıb.

Khalilzad indiyədək Talibanı Əfqanıstanın hökumət təmsilçiləri ilə birbaşa danışıqlar aparmağa inandırmağa çalışıb. Taliban isə bu təklifi rədd edib.

Mujahid deyib ki, Talibanın yeni təyin olunmuş siyasi rəhbəri Molla Abdul Ghani Baradar Qətərdəki danışıqların son raundunda iştirak etməyib. Amma o, Dohada Khalilzad, NATO və ABŞ-ın Əfqanıstandakı komandiri general Scott Miller, eləcə də Qətər rəsmiləri ilə görüşlər keçirib.

XS
SM
MD
LG