Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:38

Pakistan hava məkanını bağladığından sərnişinlər yollarda qalıb


Pakistan hava yollarına məxsus təyyarə
Pakistan hava yollarına məxsus təyyarə

Pakistanın hava məkanını bağlaması qərarı xeyli sayda turistin Asiya şəhərlərində qalmasına səbəb olub, çünki hava şirkətləri uçuşları ertələyiblər.

Tailand, BƏƏ, Qətərin hava yolları şirkətləri uçuşları təxirə salmağa məcbur olublar. Avropaya bağlı reyslərin çoxu ya Pakistanın hava məkanından keçir, ya da orada eniş etməlidir.

Etihad, Flydubai, Gulf Air, SriLankan Airlines, Air Canada da reysləri ertələməli olub.

Singapore Airlines və British Airways isə marşrutları dəyişib.

Thai Airways fevralın 27-də 27 uçuşunu təxirə saldığını, bunun 5 min sərnişini əhatələdiyini bildirib.

“Avropa uçuşlarında 4 min, Pakistana uçuşlarda isə 700-800 nəfər var”, – şirkətin sözçüsü deyib.

Sözçü digər ölkələr üzərindən uçmağa icazə gözlədiklərini, İranın onlara hava məkanından istifadəyə icazə vermədiyini söyləyib.

***

Hindistanla Pakistanı sakitliyə çağırırlar

Nüvə silahlı Hindistanla Pakistan arasında son illərin ən pis böhranı nəzarətdən çıxa bilər. Birləşmiş Ştatlar, Avropa Birliyi, Çin və Rusiya belə bir ehtimaldan narahatlıqlarını bildiriblər.

Pentaqon fevralın 27-də bildirib ki, müdafiə naziri vəzifəsini icra edən Patrick Shanahan “gərginliyin azaldılmasına diqqət ayırır, hər iki ölkəni gələcək hərbi əməliyyatlardan çəkinməyə çağırır”.

AB-nin xarici siyasət rəhbəri Federica Mogherini deyib ki, Hindistanla Pakistan “maksimum təmkin” göstərməlidir.

“Bu, hər iki ölkə və daha geniş region üçün ciddi və təhlükəli fəsadlar doğura bilər”, – o deyib.

Pakistanda Hindistana qarşı etirazlar
Pakistanda Hindistana qarşı etirazlar

Pakistanın yaxın müttəfiqi olan Çin zorakılığın qızışmasından “dərin narahatlıq” ifadə edib.

Rusiya da sakitliyə çağırıb, vasitəçilik təklif edib.

Son günlər artan gərginlik mübahisəli Kəşmir regionu ətrafında cərəyan edir.

Pakistanla Hindistan fevralın 27-də bir-birinin təyyarələrini vurduqlarını deyiblər. İslamabad təyyarəsinin vurulmasını təkzib edib.

Bir gün öncə isə Kəşmiri iki yerə bölən təmas xəttində artilleriya atışması olub.

Fevralın 14-də azı 41 hindistanlı əsgərin ölümünə görə məsuliyyəti Pakistanda mənzillənən terror qrupu üzərinə götürüb. Bundan sonra Hindistanın hərbi təyyarələri Pakistanın şimal-şərqində Jaish-e Mohammad (JeM) qruplaşmasının “təlim düşərgəsi”nə zərbələr endirib.

Hindistan hökuməti zərbələrdə 300 yaraqlıın öldürüldüyünü, Pakistan isə ölən olmadığını bildirir.

Birləşmiş Ştatlar da tərəfləri təmkinli davranmağa çağırıb. ƏTRAFLI

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG