Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

İran prezidenti Zarifin istefasını qəbul eləmir


Hassan Rohani (solda) və Mohammad Javad Zarif
Hassan Rohani (solda) və Mohammad Javad Zarif

İran Prezidenti Hassan Rohani Xarici işlər naziri Mohammad Javad Zarif-in istefasını qəbul etməyib, bunun “ölkənin maraqlarına qarşı” olduğunu deyib.

“Sizə mən, bütün islam isteblişmenti, özəlliklə də ali dini lider etimad edir”, – Rohani Zarifə məktubunda yazıb. Məktub fevralın 27-də hökumətin vebsaytında dərc olunub.

Prezident xarici işlər nazirini “güc” və “cəsarət”lə işini davam etdirməyə çağırıb.

Zarif fevralın 25-də axşam Instagram-da istefa verdiyini açıqlamışdı. Bu istefa onun 2015-ci il nüvə sazişinin imzalanmasındakı roluyla bağlı sərt xətt tərəfdarlarının tənqidinin artdığı bir dönəmə təsadüf edirdi.

Birləşmiş Ştatlar ötən ilin mayında nüvə sazişindən çıxıb, İrana iqtisadi sanksiyaların bərpa olunduğunu açıqlayıb. Bundan sonra ölkədə iqtisadi böhran dərinləşib.

Nikol Pashinian (saolda) və Mohammad Javad Zarif
Nikol Pashinian (saolda) və Mohammad Javad Zarif

Zarif fevralın 27-də Tehrana səfər edən Ermənistanın baş naziri Nikol Pashinian-ın qarşılanma mərasiminə qatılıb. Məlumatı yarırəsmi ISNA xəbər agentliyi yayıb.

Nazir Instagram-da İran rəsmilərinə və xalqına dəstəyə görə təşəkkür edib, həmişə xalqın xidmətində durmağa hazır olduğunu deyib.

“Təvazökar qulluqçu olaraq, xarici siyasəti və xarici işlər nazirliyinin statusunu yüksəltməkdən başqa fikrim olmayıb”, – o yazıb.

İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) güclü Qüds qüvvələrinin komandiri, general Qassem Soleimani də deyib ki, Zarifi Ali dini lider Ayətulla Ali Khamenei dəstəkləyir.

“Zarif İran İslam Respublikasının xarici siyasətinə cavabdehdir və onu ali dini lider olmaqla aparıcı rəsmilər dəstəkləyir”, – İİKK-nın vebsaytı Soleimani-yə istinadla yazır.

Rohani-nin daha bir müttəfiqi, neft naziri Bijan Zanganeh isə fevralın 27-də istefa xəbərlərini təkzib edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG