Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:56

İsrailin keçmiş naziri 11 illik həbsə məhkum edilib


Gonen Segev (ortada) məhkəmədə

İsrail məhkəməsi keçmiş naziri İran üçün casusluq etmək ittihamıyla 11 illik həbsə məhkum edib.

Prokuror Geula Cohen Yerusəlimdə məhkəmə qarşısında jurnalistlərə deyib ki, hakim Gonen Segev-ə qarşı casusluq və İrana informasiya ötürülməsi ittihamları üzrə cəza kəsib.

Məhkəmə prosesi qapalı keçirilib.

1995-1996-cı illərdə, Baş nazir Yitzhak Rabin dövründə enerji naziri işləmiş Segev 2005-ci ildə də məhkum edilmişdi. Onun Niderlanddan İsrailə 32 min şokolad örtüklü ekstazi həbləri aparmağa cəhd göstərdiyi bildirilirdi.

Keçmiş nazir 2007-ci ildə həbsdən buraxılıb, 10 ilədək Nigeriyada həkim işləyib. Onun İsraildə çalışmaq lisenziyası ləğv olunmuşdu.

2018-ci ilin mayında Ekvatorial Qvineyadan İsrailə ekstradisiya olunub.

XS
SM
MD
LG