Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:15

Qırğız jurnalist Fransadan siyasi sığınacaq alıb


Ulugbek Babakulov

Qırğızıstan hakimiyyətinin etnik nifrəti qızışdırmaqda ittiham etdiyi tanınmış jurnalist Fransada siyasi sığınacaq aldığını deyir.

Rusiyada mənzillənən Fergana xəbər saytının müxbiri Ulugbek Babakulov fevralın 25-də bildirib ki, Fransa hakimiyyətindən onun siyasi qaçqın statusunu təsdiqləyən rəsmi məktub alıb.

Babakulovun sözlərinə görə, onun qaçqın status 10 il ərzində qüvvədədir, bu müddət ərzində Qırğızıstana səfər edə, bu ölkənin dünyadakı diplomatik missiyalarına baş çəkə bilməz.

O, Qırğızıstandan 2017-ci ilin iyununda çıxıb, ona qarşı başladılmış “səfehlik”dən baş götürüb getdiyini deyib.

Etnik nifrət ittihamı isə 2017-ci ilin mayında yazdığı bir məqaləsindən qaynaqlanır. Həmin məqalədə etnik özbəklə dörd qırğız arasında münaqişəyə sosial şəbəkə istifadəçilərinin reaksiyasından söz açılırdı.

Deputatlar bu məqaləni “provokasiya” sayıb, onun etnik qırğız və özbəklər arşındakı iğtişaşların ildönümündən öncə dərcinə diqqət çəkib. 2010-cu ilin iyununda Qırğızıstanın cənubunda baş vermiş iğtişaşlar zamanı 450-dən çox adam öldürülmüşdü.

Babakulov isə yalnız bu məsələni qaldırdığını, nifrət qızışdırmaq fikri olmadığını deyib.

XS
SM
MD
LG