Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:35

'Sədərək' ticarət mərkəzində yanğın


«Sədərək»də yanğın

Bakı şəhərinin Qaradağ rayonunda «Sədərək» ticarət mərkəzinin ərazisində baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, yanğın anbarlardan birində baş verib və nazirliyin yanğından mühafizə bölmələri onu saat 10:21-də söndürüblər.

Hələlik, yanğının fəsadları və səbəbi barədə rəsmi açıqlama yoxdur.

+++

Bu gün, fevralın 26-da Bakı şəhərinin Qaradağ rayonunda «Sədərək» ticarət mərkəzinin ərazisində yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Məlumata görə, yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanır və hazırda onun qarşısını almağa çalışırlar.

Sıravi vətəndaşların demələrinə görə də, yanğın bazarın «Təsərrüfat bazarı» hissəsindəki anbardan başlayıb.

«Sədərək» ticarət mərkəzində bundan öncə, 2018-ci il noyabrın 16-da da yanğın baş vermişdi.

Multimedia

XS
SM
MD
LG