Keçid linkləri

Təcili xəbərlər
2019, 27 Mart, çərşənbə, Bakı vaxtı 01:42

Trump Çinin baş nazir müavini ilə görüşəcək


Vaşinqtonda ticarət danışıqları

Fevralın 22-də ABŞ Prezidenti Donald Trump Çinin Baş nazir müavini Liu He ilə Ağ evdə görüşəcək. İki ölkə ziyanlı ticarət müharibəsini bitirəcək razılaşma əldə etməyə çalışırlar.

ABŞ dekabrda Çindən idxal olunan 200 milyard dollarlıq məhsula vergi rüsumunu 10 faizdən 25 faizə qaldırmaq planını ertələyib. Məqsəd iki ölkənin nümayəndə heyətlərinin danışıqlarına şərait yaratmaq idi.

Yanvarda Vaşinqtonda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb və bu, dünya bazarlarında çaxnaşma yaradıb.

Trump Çinin ticarət praktikasından daim gileylənib. ABŞ administrasiyası Çindən bir sıra sahələrdə dəyişikliklər tələb edir – Amerikanın intellektual mülkiyyətinin oğurlanmasından tutmuş, ABŞ firmalarının və digər şirkətlərin Çin bazarında üzləşdiyi maneələrin ləğvinə qədər.

Vaşinqton martın 1-dək razılaşma əldə olunmasa, rüsumların qaldırılacağını deyir. Amma Trump bu tarixin uzadıla biləcəyinə eyham vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG