Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 20:01

DGK: Kişmiş bağlamalarında heroin…


Bağlamalarda heroin

Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukraynaya narkotik vasitələr aparılarkən saxlandığı bildirilir.

Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) bu gün, fevralın 21-də məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukrayna vətəndaşı Volodimir İvonyak idarə etdiyi «Renault» markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasının Malayer şəhərindən Odessa şəhərinə «kişmiş» apararkən Astara gömrüyündə saxlanıb: «Nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib. Bu zaman nəqliyyat vasitəsinin qoşqusunun ön divarında, soyuducu qurğusunun aşağı hissəsində, dördkünc formalı şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb olunub. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda olan «kişmiş» yükü boşaldılıb. Daha sonra nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb. Kinoloji xidmət iti həmin hissəyə reaksiya verdiyindən divar xüsusi alət və avadanlıqlardan istifadə edilərək sökülüb. Nəticədə nəqliyyat vasitəsinin ön divarında, soyuducu qurğusunun aşağısında, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü 54 yastı dördkünc formalı bağlama aşkar edilib».

DGK bildirir ki, bağlamalarda çəkisi 28 kq 400 qram olan narkotik vasitə - heroin olduğu müəyyənləşib, araşdırma aparılır.

Bu açıqlamaya, hələlik, Ukrayna vətəndaşı V.İvonyak və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG