Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Pashinian ermənistanlılara çağırış edir


2008-ci il etirazlarının qurbanları anılır, Yerevan, 2013-cü il
2008-ci il etirazlarının qurbanları anılır, Yerevan, 2013-cü il

Baş nazir Nikol Pashinian bütün ermənistanlıları 2008-ci ilin seçkisonrası etirazlarının 11-ci ildönümünü Yerevanda “güclü vətəndaş yürüşü” ilə qeyd etməyə çağırıb.

Pashinian fevralın 21-də Facebook-da canlı video müraciətdə deyib ki, martın 1-nə planlaşdırılan tədbir Yerevanın mərkəzində keçiriləcək, “Ermənistan vətəndaşının qələbəsinə” həsr olunacaq.

“VƏTƏNDAŞIN QƏLƏBƏSİ DÖNMƏZDİR”

Bu yürüş zorakılıq, seçki saxtakarlığı, korrupsiya, qanunsuzluq əleyhinə olacaq, Ermənistan Vətəndaşının qələbəsinin dönməz olduğunu sübut edəcək… Biz 2008-ci ilin 1 mart etirazlarında öldürülmüş 10 nəfəri, eləcə də bütün siyasi zorakılıq qurbanlarını yad edəcəyik”, – Pashinian bildirib.

Yerevan, 2 mart, 2008-ci il
Yerevan, 2 mart, 2008-ci il

Baş nazirin sözlərinə görə, yürüş axşam saat 6:30-a planlaşdırılıb.

2008-ci il martın 1-2-də Ermənistan hökuməti müxalifət tərəfdarlarına divan tutub. Onlar vəzifədən gedən prezident Robert Kocharian-ın müttəfiqi Serzh Sarkisian-ın seçkinin rəsmi qalibi elan olunmasına etiraz edirdilər.

Hadisələr zamanı səkkiz etirazçı və iki polis əməkdaşı öldürülüb.

Pashinian ötən il küçə etirazları nəticəsində hakimiyyətə gəlib. Sarkisian baş nazir postunda cəmi bir həftə qala bilib. Bununla da Kocharian hakimiyyəti dönəmindən Ermənistanda oturuşmuş isteblişment zəifləməyə başlayıb.

***Buna da bax: Kocharianın oğluna qarşı da ittihamlar irəli sürülüb

Hazırda Kocharian həbsdədir. O, 2008-ci ildə müxalifət tərəfdarlarına qarşı gücdən istifadəyə qanunsuz olaraq göstəriş verməkdə suçlanır.

Amma keçmiş prezident təqsirini boynuna almır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG