Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:54

ABŞ-ın Səudiyyə Ərəbistanında nüvə planları ilə bağlı təhqiqat başlanıb


Donald Trump (sağda) və Mohammad bin Salman, 20 may, 2017-ci il
Donald Trump (sağda) və Mohammad bin Salman, 20 may, 2017-ci il

Etika və milli təhlükəsizlik rəsmilərinin etirazlarına baxmayaraq, Ağ ev rəsmiləri Səudiyyə Ərəbistanıyla nüvə enerjisi texnologiyasını paylaşmaq planında israrlıdırlar. Bunu Konqresin yeni hesabatı üzə çıxarıb.

Nümayəndələr Palatasının demokratların rəhbərlik etdiyi Nəzarət və İslahat Komitəsinin hesabatı Prezident Donald Trump administrasiyasından mənbələrin informasiyası əsasında hazırlanıb. Daha bir mənbə administrasiya rəsmiləri ilə nüvə enerjisi şirkətləri arasındakı kommunikasiya sənədləridir.

Hesabatda məsələyə dair təhqiqatın “özəlliklə vacib” olduğu vurğulanır, çünki administrasiyanın Səudiyyə Ərəbistanına ABŞ-ın həssas nüvə texnologiyası ötürmək cəhdlərinin “davam etdiyi görünür”.

“ANORMAL FAKTLAR”

Komitə fevralın 19-da adı çəkilməyən bir neçə mənbənin iddiası üzrə təhqiqata başlayıb. Onlar Səudiyyə Ərəbistanında onlarla nüvə reaktoru tikilməsinə dair Ağ evin təklifini əks etdirən “anormal faktlar”ın şahidi olduqlarını deyiblər.

Elijah Cummings (solda)
Elijah Cummings (solda)

Komitə sədri Elijah Cummings Ağ evdən xahiş edib ki, Trump-ın prezident postuna keçməsindən iki ay öncə onun kürəkəni Jared Kushner ilə Səudiyyənin vəliəhd şahzadəsi elan olunmuş Muhammad bin Salman ilə görüşə dair sənədləri təqdim etsin.

Hesabatda deyilir ki, Səudiyyə Ərəbistanına həssas texnologiyanın ötürülməsinə “güclü özəl kommersiya maraqları” təsirini göstərir.

Bu kommersiya qurumları Səudiyyə Ərəbistanında nüvə obyektlərinin tikilməsi və işlədilməsindən milyardlarla dollar qazanmağı hədəfləyir və görünür, onlar bu gün də Prezident Donald Trump və administrasiyası ilə daimi sıx təmasdadırlar”, – hesabatda vurğulanır.

Vaşinqtonun digər ölkələrə nüvə texnologiyası transfer etməyə icazəsi yoxdur, bundan ötrü enerjidən dinc məqsədlə istifadə olunacağına təminat verən 123-cü maddə çərçivəsində razılaşmalar əldə edilməlidir.

Hesabatda isə belə bir narahatlıq ifadə olunur ki, Səudiyyə Ərəbistanı Amerikanın nüvə texnologiyasından istifadə edərək atom bombası hazırlaya bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG