Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 01:18

Bernie Sanders yenə prezident olmaq istəyir


Senator Bernie Sanders
Senator Bernie Sanders

Senator Bernie Sanders 2020-ci ilin prezident seçkisinə qatılacağını rəsmən elan edib. Vermont ştatını təmsil edən 77 yaşlı senator 2016-cı ildə Hillary Clinton-a ciddi rəqib olmuşdu. Sonda seçkidə demokratları Clinton təmsil elədi.

Sandersin kampaniyası bildirir ki, seçkiyə gedəcəyini açıqlayandan 12 saat ərzində 4 milyon dollarlıq ianə yığıb.

Senator 2016-cı ildə seçki kampaniyasına təkan vermiş bir sıra məsələləri qaldıracağını bildirib. Buraya səhiyyə, saathesabı minimum əməkhaqqının qaldırılması, dövlət hesabına kollec təhsili daxildir.

Kampaniyamızın məqsədi yalnız Donald Trump-ı məğlub etmək deyil. Kampaniyamız ölkəmizi dəyişməyi, iqtisadi, sosial, irqi və ətraf mühit ədaləti prinsiplərinə söykənən hökumət qurmağı hədəfləyir”, – o, fevralın 19-da tərəfdarlarına göndərdiyi emaildə yazıb.

***

2016-cı ildə demokratların prezidentliyə namizədi ola bilməmiş senator Bernie Sanders 2020-ci ildə bir daha seçkidə bəxtini sınamaq istəyir. “Reuters” agentliyi onun bu haqda dünən – fevralın 19-da verdiyi müsahibədə danışdığını yazır.

Demokratlarla birgə işləyən müstəqil Sanders Vermont İctimai Radiosuna (VPR) müsahibəsində gələnilki seçkiyə gedəcəyini deyib. O, respublikaçı prezident Donald Trump-ın vəzifədən kənarlaşdırılması üçün “çox fərqli kampaniya” vəd edib.

“Hazırda Ağ evi tutmuş şəxs ölkəmiz üçün utanc yeridir. O, patoloji yalançıdır, irqçidir, seksistdir, homofob, ksenofobdur, azlıqlar, sənədsiz mühacirlərdən istifadə edərək ucuz siyasi qazanc əldə etməyə çalışan biridir”, – o deyib.

Gələn il Trump-a qarşı bir çox demokratlar mübarizə aparmağı planlaşdırır. Sanders də artıq onların cərgəsinə qoşulur.

Prezidentliyə namizəd olmaq istəyənlər sırasında senatorlar Cory Booker, Kamala Harris, Amy Klobuchar və Elizabeth Warren var.

Vermont İctimai Radiosu senatorun rəsmi kampaniya elanını onlayn video vasitəsilə verəcəyini bildirib.

XS
SM
MD
LG