Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 02:58

Səfir mərkəz sədri oldu


İ.Əliyev

Prezident İlham Əliyev fevralın 19-da Fərid Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının başqa bir sərəncamı ilə o, Azərbaycanın Çexiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

F.Şəfiyev əvvəllər Azərbaycanın Kanadada səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi işləyib.

Bu Mərkəzin yaradılması ilə bağlı dövlət başçısı bu il fevralın 6-da sərəncam vermişdi.

Mərkəz xarici siyasətin Azərbaycanın milli maraqlarından ötrü əhəmiyyət kəsb edən istiqamətlərinə dair araşdırmalar aparılmasını genişləndirməli və dünyada baş verən proseslərin təhlilini təkmilləşdirməlidir.

Bu Mərkəz habelə, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparmalıdır.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG