Fevralın 19-da Ay Yerə yaxınlaşacaq.
Bunu Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib. Onun sözlərinə görə, Ayın Yerə ən yaxın məsafəyə qədər yaxınlaşması (Super Ay) isə Bakı vaxtı ilə saat 13:07-də baş verəcək.
«Bu təbiət hadisəsi ildə bir və ya iki dəfə baş verir. Bu zaman Ayla Yer arasında məsafə 356 min 761 kilometr təşkil edəcək. Saat 19:54-də isə tam ay meydana gələcək», - X.Mikayılov vurğulayıb.